Bu ilin yanvar-noyabr aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 273,1 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin noyabr ayında qeyd edilən regiondan ölkəyə 19,6 mindən çox şəxs səfər edib. Bu, 2024-cü ilin noyabr ayına nisbətdə 61,5 faiz çox, cari ilin oktyabr ayına nisbətdə isə 14,2 faiz azdır.
2025-ci ilin noyabr ayında Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Oman, Misir, İordaniya, Bəhreyn və Yəmən.