AZ

Qazaxıstanda Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı layihənin hansı tarixdə işə salınacağı açıqlanıb

Astana. Trend:

Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsininəzərdə tutan “Transxəzər FORX” (Transxəzər Fiber-Optik RabitəXətti) layihəsinin icrasına 2026-cı ilin üçüncü rübündə başlanmasıplanlaşdırılır.

Trend xəbər verirki, bu barədə jurnalistlərə Qazaxıstanın Baş nazirinin müavini –İnformasiya Texnologiyaları və Rəqəmsal İnkişaf naziri JaslanMadiyev məlumat verib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi siqnalgecikməsini əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da ölkələrarasında internet tranzitinin yaxşılaşmasına imkan verəcək. Madiyevhəmçinin qeyd edib ki, artıq bu gün xarici dövlətlərdən internettrafikin ötürülməsi məqsədilə xəttə qoşulmaq üçün müraciətlər daxilolur.

Xatırladaq ki, 2023-cü ildə “AzerTelecom” və “Kazaxtelekom”şirkətləri Xəzərin dibindən Azərbaycan-Qazaxıstan marşrutu üzrəTrans-Xəzər optik lifli rabitə xəttinin inşası və istismarı üçünbirgə müəssisə yaratmaq barədə saziş imzalayıblar.

Bu xətt gələcəkdə Avropa və Asiya arasında yeni rəqəmsaltelekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsalİpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsi olacaq.

Məqalədə:
Seçilən
71
2
az.trend.az

3Mənbələr