AZ

Ağstafada Keşikçidağ qoruğu ilə bağlı tədbir keçirilib  

 “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılmasından 18 il ötür. Bununla bağlı Ağstafada ənənəvi hesabat xarakterli yığıncaq keçirilmişdir.

Yığıncaqda rayon icra hakimiyyətinin dəstəyi ilə çap olunan “Mədəni irsimiz Keşikçidağ” təsvirli bələdçi jurnalının və “Keşikçidağ mağaralar kompleksi” adlı tanıtım diskinin təqdimatı, həmçinin qoruğun yenilənmiş rəsmi saytının prezentasiyası olmuşdur.

Çıxış edən RİH-in başçısı Seymur Orucov, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, arxeoloq Lola Hüseynova, antropoloq Ülkər Allahverdiyeva, mədəniyyət işçisi Oruc Mansırov tədbirin əhəmiyyətindən danışaraq bildirmişlər ki, əsas məqsəd qoruq ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işlərini, eləcə də Keşikçidağ Kurqanlar Vadisində aparılmış arxeoloji qazıntı işlərinin nəticələri barədə ictimaiyyətə məlumat verməkdir. 

Sonra Bakı Dövlət Universiteti Qazax filialının baş müəllimi İndira Səmədova, universitetin dosenti, filiologiya üzrə elmlər doktoru Valeh Nəsibov, ADA Universiteti Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü, müstəqil tədqiqatçı Faiq Nəsibov çıxış edərək qoruqda 18 ildə görülən işlər barədə danışmışlar.

Tədbir qoruğa aid tarixi abidələrin fotoşəkillərindən ibarət videoçarxın  nümayişi ilə davam etmişdir.

  Sabir ƏLİYEV,

“Azərbaycan” 

Seçilən
27
azerbaijan-news.az

1Mənbələr