AZ

Axios: Trampın Zelenski ilə görüşü danışıqlarda irəliləyişin göstəricisidir - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp və Vladimir Zelenski arasında yaxın günlərdə baş tuta biləcək görüş sülh danışıqlarında irəliləyişin olduğunu göstərir.

Olaylar xəbər verir ki, bu barədə "Axios" yazır.

Nəşr bildirir ki, "görüş danışıqlarda əhəmiyyətli irəliləyişin olduğunu göstərir".

Zelenski daha əvvəl Trampla yaxın gələcəkdə danışıqlar aparacağını açıqlamışdı.

Ukrayna mediası həmçinin Zelenskinin dekabrın 28-də danışıqlar üçün Trampın iqamətgahına baş çəkə biləcəyini bildirib .

Axios jurnalisti yüksək vəzifəli Ukrayna rəsmisinə istinadən bildirib ki, Tramp dekabrın 28-də Mar-a-Laqoda Vladimir Zelenski ilə görüşəcək.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
50
olaylar.az

10Mənbələr