AZ

Goranboyda Şəhid övladlarına Dövlət qayğısının təzahürü

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Goranboy rayonunda mənəvi baxımdan olduqca anlamlı və kövrək bir tədbir keçirildi. Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin dəstəyi ilə Goranboy Rayon Olimpiya İdman Kompleksində şəhidlərimizin azyaşlı övladları ilə səmimi görüş baş tutdu.

Tədbirdə iştirak edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid övladlarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə ürəkdən təbrik etdi. O, çıxışında vurğuladı ki, şəhidlərimizin bizə əmanət qoyduğu övladlar dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacaq, onların sevinci və rifahı hər zaman prioritet olacaqdır.

Şəhid övladları üçün bəzədilmiş yeni il yolkası ətrafında bayram şənliyi təşkil olundu. Uşaqların üzündəki sevinc, gözlərindəki ümid hər kəsin qəlbinə toxundu. Bayram ab-havası, musiqi və səmimi anlar bu balacaların yaddaşında unudulmaz xatirələrə çevrildi. Tədbirin sonunda onlara yeni il hədiyyələri verildi.

Bu görüş bir daha göstərdi ki, Azərbaycan dövləti şəhid ailələrini, xüsusilə də şəhid övladlarını heç zaman unutmur. Onların hər bir təbəssümü xalqımızın birliyinin, dövlətimizin gücünün və şəhidlərimizin müqəddəs xatirəsinə olan sonsuz ehtiramın ifadəsidir.

Hamlet QasımovXQ-nin bölgə nüxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
xalqqazeti.az

2Mənbələr