AZ

Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı AÇIQLAMA: “Yaxın dövrdə…”

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın dövrdə yalnız Ermənistan–Azərbaycan sərhədində deyil, eyni zamanda Ermənistan–Türkiyə sərhədində də mühüm proseslər və inkişaflar gözlənilir.

KONKRET.az-ın erməni mediasına istinadən xəbərinə görə, Paşinyan bu fikirləri Dövlət Gəlirləri Komitəsinə səfəri zamanı səsləndirib. Onun sözlərinə görə, Ermənistanda artıq yeni iqtisadi-logistik imkanların formalaşdırılması istiqamətində işlər təşkil olunmalıdır.

Baş nazir qeyd edib ki, ölkə iqtisadiyyatının diversifikasiyası baxımından yeni perspektivlər açılır və bu imkanlardan səmərəli istifadə etmək üçün qabaqlayıcı addımların atılması vacibdir.

Paşinyanın fikrincə, regional proseslər Ermənistan üçün həm çağırışlar, həm də yeni iqtisadi fürsətlər yaradır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
42
konkret.az

1Mənbələr