AZ

VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” ŞəhidAilələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəkiMədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən“Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabranrayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinəstart verilib. Düşərgə dekabrın 23-dən 29-dək davam edəcək.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgəşəhid övladlarına ictimai, sosial və mənəvi dəstəyin göstərilməsi,onların asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlərəsasında tərbiyəsinin gücləndirilməsi məqsədini daşıyır. Düşərgəninproqramına maarifləndirici təlimlər, intellektual oyunlar,mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlərvə digər proqramlar daxildir.

Düşərgədə Fransanın Nant şəhərində fəaliyyət göstərən “HəftəsonuQarabağ Məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasınınümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyüuğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları biraraya gəliblər.

Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçıdirektoru Əkrəm Abdullayev, Azərbaycan Respublikası MilliMəclisinin deputatı Ceyhun Məmmədov, “Zəfər” Şəhid AilələrinəDəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Şabran Rayon İcraBaşçısının müavini İlkin Ağayev, Vətən müharibəsi qazisi OrxanXıdırov və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzininsədri Qasım Nəsirov çıxış ediblər.

Çıxışlarda uşaqlara göstərilən diqqət və qayğının dövlətsiyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bubaxımdan layihənin əhəmiyyətindən danışılıb.

Tədbir zamanı əvvəlki illərdə təşkil olunan düşərgələrdən bəhsedən videoçarx göstərilib və iştirakçılara layihənin keçdiyi yolbarədə ətraflı məlumat verilib.

Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarındaFransada təşkili nəzərdə tutulur.

VII
VII
VII
VII
VII
Seçilən
19
9
az.trend.az

10Mənbələr