AZ

Avtomobilini qızdıran sürücünü kütləvi şəkildə DÖYDÜLƏR – FOTO/VİDEO

Çelyabinskdə avtomobilini qızdıran sürücünü kütləvi şəkildə döyüblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Səs-küyə etiraz edən qonşu dostları ilə birlikdə sürücüyə hücum edib, yaralı ağır vəziyyətdədir.

Məlumata görə, Rusiyanın Çelyabinsk şəhərində avtomobilini binanın pəncərəsi altında qızdıran sakin amansızcasına döyülüb.

Hadisə qonşular arasında yaranan münaqişə zəminində baş verib. Narazı qonşu əvvəlcə kişiyə qışqıraraq səs-küylü maşını pəncərənin altından çəkməsini tələb edib. Daha sonra o, haqq-hesab çəkmək üçün küçəyə düşüb.

Münaqişəyə həmin şəxsin daha 3 tanışı qoşulub. Onlar sürücünü kütləvi şəkildə döyüblər. Zərərçəkən təcili yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Həkimlər kişiyə beyin əziyi, burun sınığı və kəllə travmaları diaqnozu qoyublar. Zərərçəkən polisə ərizə yazıb, faktla bağlı araşdırma aparılır.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr