AZ

Paris metrosunda bıçaqlı hücum zamanı üç qadın yaralanıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paris, 26 dekabr, AZƏRTAC

Paris metrosunun 3-cü xəttində axşamüstü saatlarında bıçaqlı hücum baş verib. Silahlı şəxs “Arts-et-Métiers”, “République” və “Opéra” stansiyalarında bir neçə qadına hücum edib. Hadisələr yerli vaxtla saat 16:15 ilə 16:45 arasında qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, metro rəsmilərinin təsdiqlədiyi məlumatlara əsasən, hücum edən şəxs əvvəlcə “République” stansiyasında bir qadını bıçaqlayıb, ardınca “Arts-et-Métiers” və “Opéra” stansiyalarında daha iki qadına hücum edib. Yaralanan qadınların həyatına təhlükə yoxdur.

Hücumlardan sonra qaçan şəxs daha sonra Parisin şimalında yerləşən Sarsel kommunasında saxlanılıb.

Hadisədən sonra metro xəttində təhlükəsizliyi təmin etmək üçün əlavə mühafizə qüvvələri cəlb edilib. Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları hücumun motivlərini müəyyənləşdirməyə çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
3
azertag.az

10Mənbələr