Naxçıvan, 26 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının bəzi dağlıq və dağətəyi zonalarında qeyri-sabit hava şəraiti hökm sürür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Şahbuz rayonunun Biçənək, Kükü kəndlərinə və Ordubadın Parağaçay qəsəbəsinə qar yağır. Qarın hündürlüyü Küküdə və Parağaçayda 2, Biçənəkdə isə 4 santimetr təşkil edir.