Bakı. Trend:
Kriptovalyuta cüzdanı "Trust Wallet"in istifadəçiləri hakerhücumu nəticəsində təxminən 7 milyon ABŞ dolları məbləğində vəsaititiriblər.
Trend xəbər verirki, bu barədə şirkət sosial şəbəkə "X"dəki rəsmi səhifəsindəməlumat yayıb.
Məlumata görə, insident "Google Chrome" üçün "Trust Wallet"genişləndirməsinin 2.68 versiyasına təsir edib. İstifadəçilərəsözügedən versiyanı deaktiv etmələri və dərhal 2.69 versiyasınayeniləmələri tövsiyə olunub.
"Binance"ın təsisçisi və "YZi Labs"ın baş icraçı direktoruÇanpen Çzao dəymiş ziyanın həcmini təsdiqləyib və istifadəçilərəkompensasiya veriləcəyini açıqlayıb. O, həmçinin hücum edənləringenişləndirmənin yeni versiyasını necə “zəhərləyə” bildiklərinimüəyyənləşdirmək üçün araşdırma aparılacağını bildirib.
Haker hücumu "Trust Wallet"in "TWT" tokeninin qiymətinə də təsirgöstərib. Hadisə ilə bağlı məlumat yayılmazdan bir neçə saat əvvəltokenin qiyməti təxminən 7 faiz ucuzlaşıb. Lakin Çanpen Çzaonunaçıqlamasından sonra qiymət əvvəlki səviyyələrinə qayıdıb. Dekabrın26-sı saat 19:15-ə olan məlumata görə, TWT tokeni 0,83 ABŞdollarından bir qədər yuxarı səviyyədə ticarət olunurdu.