AZ

“Real Madrid”in Vitinya üçün ödəməyə hazır olduğu məbləğ bəlli oldu

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Real Madrid” PSJ-nin yarımmüdafiəçisi Vitinyanın müqaviləsində 90 milyon avroluq ödəniş maddəsinin olub-olmadığından əmin deyil. Bununla belə, əgər bu elədirsə, klub prezidenti Florentino Peres onu ödəməyə hazırdır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

Bundan əvvəl media orqanları portuqaliyalı oyunçunun 2026-cı il dünya çempionatından sonra 90 milyon avroya alına biləcəyini yazıb.

Mənbənin sözlərinə görə, Vitinyanın müqaviləsində bu maddənin olması çox vacibdir, çünki onsuz PSJ klublar arasında münasibətlərin gərgin olması səbəbindən oyunçunu “Real Madrid”ə satmayacaq.

Qeyd edək ki, bu mövsüm Vitinya bütün turnirlərdə 23 matçda meydana çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
yeniavaz.com

1Mənbələr