AZ

Referendum keçirməyə hazırıq Zelenski

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna ABŞ-ın sülh planı ilə bağlı referendum keçirməyə hazırdır. Lakin bu, yalnız Rusiyanın 60 günlük atəşkəsə razılaşması halında baş verəcək.

Axar.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu “Axios”a verdiyi müsahibədə deyib.

Ukrayna lideri qeyd edib ki, referendum keçirilməsi ciddi siyasi, logistika və təhlükəsizlik məsələlərini özündə ehtiva edir. Buna görə də, Zelenski qeyd edib ki, səsverməyə hazırlaşmaq və onu keçirmək üçün 60 günlük atəşkəs minimum şərtdir.

Prezident həmçinin əlavə edib ki, Rusiyanın Trampın planına razılaşmağa hazır olub-olmadığı hələlik ona aydın deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
axar.az

1Mənbələr