AZ

Bakıdan Qahirəyə ilk çarter reysi ilə 85 sərnişin gəlib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 27 dekabr, AZƏRTAC

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Qahirə marşrutu üzrə ilk çarter reysini yerinə yetirib. Protokola uyğun olaraq, Qahirə Beynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü ilə qarşılanma mərasimi keçirilib.

AZƏRTAC Misir mediasına istinadla xəbər verir ki, J25042 nömrəli Bakı-Qahirə reysində 85 sərnişin gəlib.

Birbaşa uçuşlar 2026-cı il fevralın 20-dək həftədə bir dəfə olmaqla hər cümə günü həyata keçiriləcək. Sərnişinlər Qahirə Beynəlxalq Hava Limanının 1-ci terminalından yola düşəcəklər.

Qahirə Hava Limanında Azərbaycanın milli aviadaşıyıcısının əməliyyat və yerüstü xidmətlərini “Global Aviation Services” şirkəti həyata keçirəcək.

Uçuşu AZAL-ın Qahirədə təmsilçisi Məhəmməd əl-Zaim və Qahirə Hava Limanı Şirkətinin ictimaiyyətlə əlaqələr və media departamentinin əməkdaşları qarşılayıblar. Sərnişinlərə lazımi şərait yaradılıb.

Layihənin həyata keçirilməsi Azərbaycan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Misirdəki Səfirliyinin viza dəstəyi, müvafiq dövlət qurumları ilə AZAL-ın peşəkar tərəfdaşlığı sayəsində mümkün olub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
3
azertag.az

4Mənbələr