Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda qrup mərhələsi davam edir.
QOL.az xəbər verir ki, meydan sahibləri qrup mərhələsinin ikinci turunda Mali ilə üz-üzə gəlib. Mərakeş yığması ilk hissədən sonra hesabda öndə olsa da, yekunda qələbəni əldən verib.
Mərakeş - Mali - 1:1
Qollar: Diaz, 45+5-pen. (1:0), Sinayoko, 64-pen. (1:1)
2 turdan sonra Mərakeş 4 xalla qrup lideridir. Mali və Zambiya 2 xalla 2-3-cü yerləri bölüşdürürlər. Komor isə 1 xalla qrup sonuncusudur. Son turda Mərakeş Zambiya ilə, Mali isə Komorla üz-üzə gələcək.