AZ

Rassel özünü əfsanəvi Şumaxerlə müqayisə edib

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Mercedes” komandasından olan 27 yaşlı britaniyalı “Formula 1” pilotu Corc Rassel titullarının olmaması barədə danışıb.

İdman.Biz xəbər verir ki, o, bu məsələdə özünü əfsanəvi Mixael Şumaxerlə müqayisə edib.

“Mən həmişə özümə “Ferrari”dəki Şumaxeri xatırladıram - ilk çempionluğunu qazanana qədər komandada beş il keçirib. İnsanlar yalnız şöhrət illərini xatırlayırlar, amma heç kim 1996 və ya 1997-ci illəri xatırlamır. Bunlar uğursuzluqlar deyildi, amma o zaman da titullar yox idi. Buna görə də mən buna hazıram, amma başa düşürəm ki, mənim vaxtım gələcək, sadəcə səbrli olmaq lazımdır” – Rassel “RacingNews365”ə bildirib.

Corc 2025-ci il mövsümünü sürücülərin sıralamasında dördüncü yerdə başa vuraraq 319 xal qazanıb. O, 2022-ci il mövsümündən bəri Almaniya komandasının üzvüdür və Valtteri Bottası əvəz edib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
icma.az

2Mənbələr