ain.az, Milli.az portalına istinadən məlumat verir.
Qapı gözlənilmədən döyüldükdə təşvişə düşməyə ehtiyac yoxdur. Sobaya ehtiyac duymadan hazırlanan bu resept mətbəxin ən etibarlı xilaskarlarından biridir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Börək üçün:
3 ədəd hazır yuxa
1 çay stəkanı duru yağ
1 çay stəkanı süd
1 ədəd yumurta
İçlik üçün (istəyə görə):
150-200 qram ağ pendir və ya lor pendiri
Yarım dəstə cəfəri
Alternativ olaraq: kaşar pendiri, kartof püresi, qovrulmuş qiymə və ya sucuk da istifadə edilə bilər.
Hazırlanma mərhələsi: 5 dəqiqəBir qabda süd, duru yağ və yumurtanı yaxşıca çırpın. Bu qarışım yuxaların həm yumşaq, həm də xırçıltılı olmasını təmin edir.
Yuxaları masanın üzərinə sərin və hər birini 4 hissəyə bölün. Hazırladığınız sousu fırça və ya qaşıq vasitəsilə yuxaların üzərinə çəkin.
İçliyi yuxaların geniş kənarına qoyun və rulon şəklində bükün.
Yapışmayan tavaya çox az duru yağ əlavə edin və orta odda qızdırın. Hazırladığınız börəkləri tavaya düzün.
Vam-orta odda tavanın qapağı bağlı şəkildə ,hər üzü təxminən 2-3 dəqiqəyə bişir.
Alt hissəsi qızardıqda börəkləri çevirin və digər üzü də qızılı rəng alana qədər bişirin.
Peşəkar aşpazlara görə, tava börəyini ləzzətli edən üç əsas detal var:
Yuxanın sousla tam təmas etməsi;
Tavanı həddindən artıq qızdırmadan bişirmək;
Qapağı bağlı saxlamaq (bu, daxilin buxarla yumşalmasını təmin edir).
Həm səhər yeməyi, həm də çay saatı üçün idealdır.
Börəkləri isti-isti, yanına çay və ya ayran əlavə edərək servis edə bilərsiniz. Nuş olsun!Lalə Qüdrətova
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.