Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin gələn il bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyi ehtimalını gücləndirir. Bəs 2026-cı ildə internet tariflərinin artırılması gündəmə gələ bilərmi?
Publika.az “Azpolitiko.info”ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, internet tariflərinin bahalaşması təkcə Azərbaycanla bağlı məsələ deyil.
Onun sözlərinə görə, dünyada baş verən qlobal maliyyə prosesləri və inflyasiya bütün sahələrdə xərclərin artmasına səbəb olur: “Zaman keçdikcə məhsulların, xidmətlərin, logistika xərclərinin, eləcə də işçilərin əməkhaqlarının artması operatorların ümumi xərclərinə təsir göstərir. Bu da tariflərin yüksəlməsi ilə nəticələnir”.
V.Oruc qeyd edib ki, 2025-ci ildə bir sıra qonşu ölkələrdə internet tariflərində 10–40 faiz aralığında artımlar qeydə alınıb:“Ən ciddi artım qardaş Türkiyədə müşahidə olunub. Son iki ildə bu ölkədə internet tarifləri təqribən 40 faiz bahalaşıb. Rusiya, Ermənistan və Gürcüstanda isə qiymət artımı 10–20 faiz civarında olub. Bu proses təbii hesab edilir”.
Ekspertin sözlərinə görə, əvvəlki illərdə də bəzi provayderlər qiymət artımına gediblər: