ain.az, Moderator.az portalına istinadən məlumat yayır.
Rusiyanın Yakutsk şəhərində avtomobil buzun altına düşüb.
Moderator.az-ın xəbərinə görə, bu barədə Rusiya Federasiyasının Saxa Respublikası (Yakutiya) üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində iki nəfər ölüb, sürücü daxil olmaqla 4 şəxs xəstəxanaya yerləşdirilib.
Hazırda xilasedicilər biri uşaq olmaqla iki nəfərin axtarışlarını davam etdirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.