Ukrayna hakimiyyəti ölkənin uran yataqları haqqında məlumatı məxfilikdən çıxara bilər.
Publika.az "UNİAN"a istinadən xəbər verir ki, bunu Ukraynanın Hasilat Sənayesi Milli Assosiasiyasının direktoru Kseniya Orınçak açıqlayıb.
Onun sözlərinə görə, bu, ABŞ-la yerin təkindən istifadə müqaviləsi çərçivəsində baş tuta bilər.
O xatırladıb ki, hökumət mineralların əsas qrupları (almaz, qızıl, litium, niobium, tantal, titan, sirkonium, skandium, platin, iridium, osmium və palladium) ilə bağlı məlumatları açıqlayıb. Qallium, indium, kadmium, renium, rubidium, selenium, tallium, tellur və seziumla bağlı isə ayrıca qərar qəbul edilib.
"Hazırda ehtiyatları gizli qalan yeganə mineral ehtiyat uran və uran filizləridir. İqtisadiyyat Nazirliyinin himayəsi ilə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənəcək Təhlükəli Faydalı Qazıntılar üzrə Strategiya hazırlanır.