AZ

Bu rayonda işıq olmayacaq

Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında fasilə olacaq.

Publika.az-ın məlumatına görə, bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq.

Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək rayon mərkəzində və ona yaxın bəzi məntəqələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Seçilən
27
10
publika.az

10Mənbələr