AZ

Keçmiş səfir: Onların qanunla bağlı mövqeyini bilmirəm, amma...

“Əsas məsələ Azərbaycanın geostrateji əhəmiyyətini tanımaq, ölkənin özünü müdafiə etməsi üçün nəyə ehtiyacının olduğunu və bunun qlobal sülh və təhlükəsizlik baxımından ABŞ-ın ümumi strategiyasına necə uyğun gəldiyini başa düşməkdir”.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib. O bildirib ki, 907-ci düzəlişin yer aldığı qanun SSRİ-nin dağılması zamanı qəbul edilmişdi və hər il onun icrasının ləğvi ilə bağlı qərar qəbul edilirdi. “Prezident Tramp da bu il düzəlişin icrasından imtina etdi. Düşünürəm ki, burada əsas məsələ Azərbaycanın Ermənistana qarşı istifadə edə biləcəyi silahlarla bağlı narahatlıq idi. Eyni zamanda, biz Ermənistana da Azərbaycana qarşı istifadə edə biləcəyi silahları verməzdik. Onların qanunla bağlı mövqeyini bilmirəm, amma ABŞ-da Azərbaycana müdafiə məhsullarının tədarükünə məhdudiyyət qoymaq niyyətinin olduğunu görmürəm.

Düşünürəm ki, indiki administrasiya bu istiqamətdə irəliləməkdə və ölkələrin özünümüdafiəsinə kömək etməkdə çox maraqlıdır. Amma yenə də düşünürəm ki, əvvəlki administrasiyalarda olduğu kimi, bu administrasiya da Ermənistana və ya Azərbaycana bir-birinə qarşı istifadə edə biləcəkləri silah verməz. Burada məqsəd münaqişəni daha da şiddətləndirmək deyil, ona son qoymaqdır”,- deyə keçmiş səfir vurğulayıb.

Seçilən
20
3
ikisahil.az

4Mənbələr