Alkoqol istifadəsi Avropa regionunda hər il təxminən 800 min insanın ölümünə səbəb olur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, təşkilatın press-relizində qeyd olunur ki, Avropa alkoqol istehlakı səviyyəsinə görə dünyada lider mövqedə qalmaqda davam edir.
"Qiymətləndirmələrə görə, regionda hər on birinci ölüm alkoqol istifadəsi ilə bağlıdır", - deyə ÜST-ün açıqlamasında bildirilir.