AZ

Prezident işə qarışdı: Zidan Fransa millisinə getməyə bilər

BAKI, 27 dekabr. TELEQRAF

“Real Madrid”in prezidenti Florentino Peres Zinəddin Zidanın yenidən komandanın baş məşqçisi olmasını istəyir.

Teleqraf xəbər verir ki, bu barədə kluba yaxın mənbələrə istinadən “RMadrid” məlumat yayıb.

Klub rəhbərliyi fransalı mütəxəssisi Fransa millisi ilə mümkün ilkin müqavilədən imtina etməyə razı salmağa çalışır. “Real”ın planı Zidanı 2026-cı ildən etibarən komandanın sükanı arxasında görməkdir.

Daha əvvəl Zidanın 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olacağı və Didye Deşamı əvəzləyəcəyi bildirilirdi. Bu arada, “Real”ın hazırkı baş məşqçisi Xabi Alonsonun gələcəyi qeyri-müəyyən olaraq qalır və onun istefaya göndərilə biləcəyi iddia olunur.

Xatırladaq ki, Zidan “Real”ın baş məşqçisi kimi ardıcıl üç dəfə Çempionlar Liqasını qazanıb. 53 yaşlı mütəxəssis 2013-2014, 2016-2018 və 2018-2021-ci illərdə İspaniya nəhənginin “sükanı arxası”nda çalışıb.

Seçilən
34
teleqraf.com

1Mənbələr