AZ

Liviya hərbi heyətinin nəşləri ölkələrinə göndərildi

Ankarada “Falcon-50” tipli təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Türkiyədə keçirilən rəsmi mərasimdən sonra Liviyaya yola salınıb.

“Yeni Sabah” DHA-ya istinadən xəbər verir ki, mərasimdə Liviyadan gələn hərbi rəsmilər, həlak olanların ailə üzvləri, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlu yüksək səviyyəli general heyəti, Liviyanın Ankaradakı səfiri iştirak ediblər.

Tədbirdə bir dəqiqəlik sükut elan olunub, Qurani-Kərim oxunub və dualar edilib.

Səlcuq Bayraktaroğlu da Liviyada keçiriləcək dəfn mərasimlərində iştirak etmək üçün ayrıca təyyarə ilə bu ölkəyə yola düşüb.

Xatırladaq ki, qəza zamanı Liviya Baş Qərargah rəisi ilə yanaşı, Quru Qoşunları Komandanı general-leytenant əl-Feyturi Qarib, Hərbi İstehsalat direktoru briqada generalı Mahmud əl-Qətiui, Baş Qərargah rəisinin müşaviri Məhəmməd əl-Əsəvi Diab, Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məchub və 3 ekipaj üzvü həlak olub.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
69
yenisabah.az

1Mənbələr