AZ

İdman Azərbaycanda daha da inkişaf edəcəkdir

Dövlət siyasəti ilə tanındığı kimi iqtisadiyyatı, mədəniyyəti, incəsənəti ilə də tanınır.

Dövləti həm də bayrağı tanıdır. İdman yarışlarında qalib idmançı təmsil etdiyi dövlətin bayra­ğı­nı dalğalandırır. Bu, şöhrət deməkdir. Bu baxımdan dövlətçilikdə idmanın da əhəmiyyəti danıl­maz­dır. Dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycanda Milli Olimpiya Komitəsinin yaradıl­ma­sı, 1997-ci il iyulun 31-də tanınmış idmançıların, idman mütəxəssislərinin iştirakı ilə keçirilən konf­rans­da İlham Əliyev yek­dil­liklə MOK-un prezidenti seçildi. Bu seçim Azərbaycanda idmanın inkişafında bir mərhələ oldu...

Azərbaycanda idman indi də inkişafdadır. Maraq istəyə, istək məqsədə çevriləndə uğurlar çox olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ilin idman yekun­larına həsr olunmuş tədbirdə çıxışında dedi ki, “Beynəlxalq yarışlarda idmançılarımız tərə­findən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siya­səti, əl­bət­tə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.

Azərbaycanda idmana qayğı dövlət siyasətinin tərkib hissələrindən biridir. Respublikada Olim­piya hərəkatı gücləndiyindən idmana maraq böyük sürətlə artıb. Dövlət başçımız bu tədbirdə idman infrastrukturunun yenidən qurulduğunu, in­di ən yüksək səviyyədə olduğunu, bölgələrdə gərəkli şərait yaradıldığını, Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisinin başa çatdığını, böl­gə­lərdə Olimpiya İdman komplekslərinin sayının 46 olduğunu da qeyd etdi...

Dövləti həm də turizm tanıdır. Turizmin müxtəlif formlarından biri də beynəlxalq yarışla­rdır. Bakıda neçə-neçə yarış keçirilib. Bu yarışları izləmək üçün müxtəlif dövlətlərdən idman həvəs­karları da gəlir. Onlar da turistdir və onlar da Azərbaycanı tanıya-tanıya tanıdır. Belə yarışlardan bi­ri də “Formula 1” yarışlarıdır. Dövlət başçımız tədbirdə bu yarışlar haqqında da danışdı: “Ənə­nəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdi­matında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarı­şı­nın özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırıl­ması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribuna­ların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı iz­­lə­yib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəl­liyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir...”...

Bu il ölkəmizdə MDB ölkələrinin üçüncü Oyunlarının keçirilməsi də Azərbaycanın idman döv­ləti kimi tanınmasının təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti cənab İlham Əliyev bu yarışların mahiyyəti və özəlliyi haqqında dedi: “Bu Oyunların xüsusiy­yəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhə­rində keçirilmişdir...”.   

Tədbirdə dövlət başçımız qürurla bildirdi ki, Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilib. Bu, beynəlxalq idman təşkilatlarının Azərbaycana, azərbaycanlılara, Bakıya sevgisinin təzahü­rü­dür, dövlət başçımızın dediyi kimi, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Bu, təkcə idmançıları, idman mütəxəssislərini deyil, ümumən bütün vətəndaşları sevindirir, qürur­lan­dı­rır...

2025-ci ilin idman yekunlarına həsr olunan tədbir respulikada idmana göstərilən dövlət qay­ğı­sının, vətəndaşların idmana münasibətinin, idmanın Azərbycanı dünyaya tanıtma vasitələ­rin­dən biri olduğunun təsdiqi kimi tarixləşdi. Azərbaycan gəncliyi bundan sonra da bu tarixləşmə prose­si­nin ən fəal icraçıları olacaqdır...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı  

 

Seçilən
1
4
ikisahil.az

5Mənbələr