AZ

Ukrayna millisinin üzvü “Roma”dan ayrıla bilər

“Roma”nın hücumçusu Artyom Dovbik qış transfer “pəncərə”sində klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, İtaliya təmsilçisi ukraynalı futbolçununu “Atletiko”ya təklif edib. Lakin Madrid klubunun rəsmiləri bu transferdən boyun qaçırıblar.

28 yaşlı forvard Can Pyero Qasperini klubun sükanı arxasına keçdikdən sonra “Roma”da az şans qazanır.

Dovbik hələ 2024-cü ilin yayında “Jirona”dan ayrıldıqdan sonra “Atletiko”ya keçə bilərdi. Amma o, İtaliyaya yollanmağa üstünlük vermişdi.

Seçilən
39
msport.az

1Mənbələr