AZ

Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı

Qazaxda fəaliyyəti qanunsuz olaraq bərpa edilmiş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Xanlıqlar kəndində yerləşən fərdi sahibkar Vidadi Məmməd oğlu Bədəlova məxsus maye qazdoldurma məntəqəsində aparılan planlı yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən obyektin istismarı dayandırılıb:

"Ancaq pozuntular aradan qaldırılmadan məntəqənin fəaliyyətini qanunsuz olaraq yenidən bərpa etdiyi barədə məlumat gəlib. Növbədənkənar yoxlama keçirilib və fakt təsdiqini tapıb. Nəticədə nöqsanların aradan qaldırılması məqsədilə sahibkar üçün yenidən əlavə müddət müəyyənləşdirilib və müvafiq akt tərtib olunub".

Seçilən
49
3
publika.az

4Mənbələr