AZ

Tokioda ölkə tarixində ən sürətli ev interneti istifadəyə veriləcək

Yaponiyanın telekommunikasiya nəhəngi "NTT East" supersürətli ev internetinin istifadəyə verilməsi planlarını elan edib.

7News.Az "Techblog.comsoc.org"a istinadən xəbər verir ki, 2026-cı ilin mart ayından etibarən Tokio sakinləri 25 Gbit/s-ə qədər sürət təklif edən optik lifli internetə (FTTH) qoşula biləcəklər.

Müqayisə üçün qeyd edək ki, hazırda Yaponiyada kütləvi istehlakçılar üçün mövcud olan maksimal sürət 10 Gbit/s ilə məhdudlaşır.

"Flet Hikari 25G" adlanan yeni tarif "best-effort" prinsipi ilə işləyəcək, yəni mövcud şəraitdə mümkün olan ən yüksək sürət təqdim olunacaq.

Eyni zamanda Yaponiyada elmi-tədqiqat institutları və laboratoriyalarda məlumat ötürülməsi texnologiyaları da təkmilləşdirilir. Yaxın vaxtlarda tədqiqatçılar eksperimental optik lif vasitəsilə 1 petabit/saniyədən (bir milyon giqabitdən çox) artıq məlumat ötürmə sürətinə nail olublar.
Seçilən
8
2
7news.az

4Mənbələr