AZ

Türkiyə nəhəngi "İnter"lə danışıqlara başlayır

“Fənərbağça” “İnter”in yarımmüdafiəçisi Davide Frattesi ilə bağlı transfer planlarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, klub italiyalı futbolçu üçün tələb olunan 35 milyon avroluq məbləği aşağı salaraq transferi 25 milyon avroya həll etməyi qarşısına məqsəd qoyub.

Bu barədə məlumatı “Fanatik” nəşri yayıb.

Xəbərdə bildirilir ki, İstanbul təmsilçisi artıq “İnter”lə ilkin təmaslar qurmağa hazırlaşır. 26 yaşlı yarımmüdafiəçinin də “Fənərbağça”ya keçidə müsbət yanaşdığı qeyd olunur.

Tərəflər arasında danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.

Seçilən
11
1
fanat.az

2Mənbələr