AZ

İrəvanda altı avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Ötən gecə İrəvanda baş verən ağır yol-nəqliyyat hadisəsində altı avtomobil toqquşub, xəsarət alan 5 nəfər arasında uşaqlar da var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, qəza Komitas–Vaqarşyan küçələrinin kəsişməsində, təcili tibbi yardım maşınının iştirakı ilə baş verib.

Hadisə nəticəsində yaralananlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Seçilən
15
4
operativmm.az

5Mənbələr