AZ

Kliçko: Rusiyanın endirdiyi zərbələr nəticəsində Kiyevdə yaralananların sayı 22-yə çatıb - YENİLƏNİB

Kiyevdə Rusiyanın endirdiyi zərbələr nəticəsində xəsarət alanların sayı 22-yə çatıb, onlardan ikisi uşaqdır.

"Report"un məlumatına görə, bunu şəhərin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, hazırda 12 nəfər xəstəxanaya yerləşdirilib.

V.Kliçko əlavə edib ki, dronlarla hücumlar nəticəsində binalar zədələnib və həmçinin enerji təchizatında fasilələr yaranıb:

"Kiyevdə düşmən hücumu nəticəsində istilik və enerji təchizatında fasilələr müşahidə olunur. Hazırda 2 600-dən çox yaşayış evi, 187 uşaq bağçası, 138 məktəb və 22 sosial sahə müəssisəsi mərkəzləşdirilmiş istilik təchizatından məhrumdur. Enerji mütəxəssisləri, eləcə də kommunal xidmətlər istilik və elektrik təchizatının bərpası üzərində işləyirlər".

O vurğulayıb ki, paytaxta hücum hələ də davam edir.

Rusiya Silahlı Qüvvələrinin Kiyevə hücumları nəticəsində 5 nəfər yaralanıb.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, dörd nəfər xəstəxanaya yerləşdirilib, birinə isə yerində yardım göstərilib.

Bundan əlavə, müəssisələrdən birində yanğın baş verib.

Seçilən
75
far.az

1Mənbələr