AZ

Ağdərənin Vəngli kəndinə növbəti köç yola salınıb

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunun Dördyol ərazisindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Bu mərhələdə Vəngli kəndinə 10 ailə - 44 nəfər köçürülür.

Seçilən
16
8
azerbaijan-news.az

10Mənbələr