AZ

Messi "Barselona"ya qayıda bilər

Argentinalı ulduz futbolçu Lionel Messi "Barselona"ya qayıda bilər.

Moderator.az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya klubunda Messinin oyunçu karyerasını bitirdikdən sonra rəhbərlikdə işə cəlb edilməsi imkanı müzakirə olunur.

Messi "Barselona"da 18 il (2003-2021) keçirib və klubun əsl əfsanəsinə çevrilib. Bu müddət ərzində o, 778 oyunda 672 qol vurub, 10 La Liqa titulu və dörd Çempionlar Liqası daxil olmaqla 35 kubok, həmçinin bir çox digər mükafatlar qazanıb.

Eyni zamanda, futbolçu özü yaxın zamanlarda "İnter Mayami" ilə müqaviləsini uzadıb.

Seçilən
56
2
moderator.az

3Mənbələr