AZ

Qurban Qurbanov onun satılmasını istəmir

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Qarabağ” adı Braziliyanın “Vitoriya” klubu ilə hallanan Mateus Silva ilə bağlı qərarını verib.

Axar.az Futbolpress.az-a istinadla xəbər verir ki, “atlılar” 28 yaşlı müdafiəçini mövsümün sonuna kimi saxlamaq niyyətindədir. Baş məşqçi Qurban Qurbanov müdafiənin həm cinahında, həm də mərkəzində oynamağı bacaran Silvanın satılmasına qarşıdır.

“Sambaçı“ya hələlik real təklif yoxdur. Şifahi maraq göstərən “Vitoriya” “Qarabağ“la rəsmi təmasa keçməyib.

Mateus 2023-cü ilin sentyabrında Bolqarıstanın “Lokomotiv” klubundan “Qarabağ“a keçib. O, bu mövsüm 23 oyunda 1 qol vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
14
axar.az

10Mənbələr