ain.az, Axar.az portalına istinadən məlumat verir.
12:40
Rusiya gecə boyu Ukraynaya dronlar və ballistik raketlərlə hücum edərək Kiyevdə və ətraf bölgədə xəsarətlərə və dağıntılara səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.
Bildirilib ki, Kiyev şəhərinə hücum nəticəsində 22 nəfər xəsarət alıb. Yaralılar arasında iki uşaq da var.
Şəhərin bir neçə rayonunda dağıntılar qeydə alınıb, yaşayış binalarında və mülki obyektlərdə yanğınlar baş verib.
Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, hücumdan sonra paytaxtın təxminən üçdə birinin istilik təchizatı kəsilib, sol sahilin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.
Kiyev vilayətində isə hücum nəticəsində bir qadın həlak olub, bir neçə nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı xilasetmə işləri davam etdirilir.
***
Rusiya ordusunun Kiyevə hücumu nəticəsində xəsarət alanların sayı artır.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiya ordusunun Kiyevə hücumu nəticəsində xəsarət alanların sayı 28-ə çatıb, yaralılardan 13-ü xəstəxanaya yerləşdirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.