AZ

Uşaq xəstəxanasında bir dənə sistem şlanqı tapılmadı TƏBİB cəmi 10 dənə verir

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

1 saylı Uşaq İnfeksion Xəstəxanasında sistem şlanqı tapılmır.

Bununla bağlı Milli.Az-a vətəndaş şikayəti daxil olub.

Vətəndaş bildirir ki, gecə saat 4-də övladının qızdırması yüksəldiyi üçün sözügedən xəstəxanaya gedib.

"Sistem qoşulmalı idi, o boyda xəstəxanada bir dənə sistem şlanqı tapılmadı. Məcbur gecə bütün şəhəri axtarıb işləyən aptek tapıb ordan almışam. Həkimlər deyir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) cəmi 10 dənə sistem şlanqı verir, o da çatmır",- deyə şikayətçi iddia edir.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib.

Mina Mikayılova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
news.milli.az

4Mənbələr