AZ

Bakıda kamikadze piyada avtobusun altında qalmaqdan son anda qurtuldu VİDEO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda piyada qəzadan son anda qurtulub.

Milli.Az xəbər verir ki, Bakıda ətrafa baxmadan, yolu qaçaraq keçən qadın az qala avtobusun altında qalacaqdı.

Hadisə 25 dekabrda, səhər saatlarında baş verib. Xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib, sürücü cəld reaksiyası sayəsində avtobusu vaxtında dayandıra bilib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Bu kimi qəzalar yolu düzgün olmayan yerdən keçən piyadalara qarşı cəzaların sərtləşdirilməsini, piyada ölümləri ilə baş verən qəzada günahı həmişə sürücüdə görməməklə bağlı məsələləri gündəmə gətirib.

Milli.Az görüntüləri təqdim edir:İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
2
news.milli.az

3Mənbələr