AZ

Azərbaycan Gürcüstandan avtomobil alışını 39 % azaldıb

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 197 milyon ABŞ dolları dəyərində 7 292 ədəd avtomobil ixrac edib. SİA-nın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq - 39 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 622 milyon ABŞ dolları dəyərində 103 989 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 6,3 % çoxdur.

Bu ilin ilk 11 ayında Gürcüstandan Qırğızıstana 1 milyard 328 milyon ABŞ dolları dəyərində 38 902 ədəd, Qazaxıstana 735 milyon ABŞ dolları dəyərində 41 556 ədəd, Tacikistana 152 milyon ABŞ dolları dəyərində 7 009 ədəd, Özbəkistana 72 milyon ABŞ dolları dəyərində 2 433 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
6
sia.az

7Mənbələr