Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Tennisdə təmizliyin təmin olunması üzrə Beynəlxalq Agentlik (ITIA) çinli Pan Jenlunun 12 illiyə diskvalifikasiya olunduğunu elan edib. "Football-plus.az" xəbər verir ki, o, 2024-cü ilin may-sentyabr aralığında 22 danışılmış oyunun təşkilində və ya təşkilinə cəhddə ittiham olunur. Jenlun tennisdən uzaqlaşdırılmaqla yanaşı, 110 min dollar cərimə də ödəyəcək.25 yaşlı Pan ITF və “Çellencer” seriyalı turnirlərdə 5 oyunda qəsdən uduzduğunu, həmçinin başqa peşəkar oyunçuları “almaqla” bağlı 17 cəhd etdiyini, bunun nəticəsində 6 danışılmış oyunun təşkil olunduğunu boynuna alıb. Jenlun müstəqil mütəxəssisin bununla bağlı dinləmələrdə iştirakını da istəməyib. Tennisçinin cəza müddəti 2036-cı il noyabrın 6-da başa çatacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.