AZ

"Napoli" axtardığını Almaniyada tapdı - SON DURUM

İtaliyanın "Napoli" klubu yarımmüdafiə xəttini kiminlə gücləndirə biləcəyini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb" yayıb. 

Mənbənin məlumatına görə, Kevin De Bröyne ilə Frank Anquissanın sıradan çıxması "Napoli"nin baş məşqçisi Antonio Konteni alternativ axtarmağa vadar edib. 

Əsas namizəd "Bayern Münhen"in futbolçusu Leon Qoretzkadır. 30 yaşlı futbplçunun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti bu yay başa çatır. Bildirilib ki, Münhen klubu oyunçunun müqaviləsini yalnız maaşını azaltmaq və qısa müddətli olmaq şərtləri ilə uzatmağa hazırdır, bu üzdən Qoretzka İtaliyaya transfer olunmağa isti yanaşır. 

30 yaşlı yarımmüdafiəçi bu mövsüm 26 oyunda meydana çıxıb və 1 qol vurub. "Transfermarkt" onun dəyərini 15 milyon avro qiymətləndirir.

Seçilən
5
1
fanat.az

2Mənbələr