Apasport portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Liverpul” klubu Aleksander İsakın ağır zədələnməsindən sonra hücum xəttini gücləndirmək üçün transfer bazarında fəallaşıb.
Apasport.az xəbər verir ki, “qırmızılar” mövsümün sonuna qədər PSJ-nin hücumçusu Qonsalo Ramoşu icarəyə götürmək variantını nəzərdən keçirir. Bu barədə “Caught Offside” məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə təmsilçisinin rəhbərliyi hücum xəttində yaranmış boşluğu qısa müddətdə doldurmaq üçün portuqaliyalı forvardı optimal variant kimi dəyərləndirir. Ramoşun PSJ ilə mövcud müqaviləsi 2028-ci ilin 30 iyununa qədər qüvvədədir.
Qeyd edək ki, “Transfermarkt” portalı 23 yaşlı futbolçunun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir. O, cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Roma"da çıxış edən türkiyəli futbolçu "Yuventus"a keçə bilər
Messi "Barselona"ya qayıda bilər
Kenan Yıldız “Yuventus”da qalacaq? - danışıqlar davam edir
Uruqvaylı yarımmüdafiəçi La Liqa klubunda
İrfan Can Kahveci karyerasını İngiltərədə davam etdirə bilər
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.