Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Rusiya Ukraynaya növbəti kütləvi hücum həyata keçirib, raket və hücum dronlarından istifadə olunub. Gecədən səhərə qədər ruslar təxminən 500 dron və 40 raket buraxıblar”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısı Rusiyadan Ukrayna ərazisinə atılan PUA və raketlər arasında “Şahid” və “Kinjal”ların olduğunu, kütləvi hücumun hələ də davam etdiyini bildirib.
“Əsas hədəf Kiyevdir, enerji sistemi və mülki infrastruktura zərbələr endirilib. Təəssüf ki, adi yaşayış binalarına da zərbə və ziyan dəyib. Paytaxt və regionların bəzi rayonlarında elektrik və istilik yoxdur. Hazırda yanğınların söndürülməsi işləri aparılır”, - Zelenski vurğulayıb.
***
12:46
Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə zərbələri zamanı ölən və yaralananların sayı artıb.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Ukraynanın paytaxtda ölənlərin sayı 28-ə çatıb, 22 nəfər yaralanıb.
Kiyevdə istilik və elektrik təchizatında fasilələr yaranıb.
***
11:52
Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın paytaxtı Kiyevə kütləvi zərbələr endirib.
Teleqraf xəbər verir ki, zərbələr nəticəsində paytaxtın bir çox ərazisində çoxmərtəbəli binalarda dağıntı və zədələr qeydə alınıb.
Bəzi binalarda yanğın baş verib.
İlkin məlumata görə, Kiyevdə 2-si uşaq olmaqla 11 nəfər həlak olub, 8-i yaralanıb.
Qurbanların sayının artacağı istisna edilmir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.