AZ

Elina Avanesyanı Rusiya Tennis Federasiyasına zərəri ödəməyə məcbur etdilər

Dünya reytinqinin 118-ci raketkası, Ermənistan təmsilçisi Elina Avanesyan idman hazırlığı müqaviləsini yerinə yetirmədiyinə görə Rusiya Tennis Federasiyasına (RTF) zərəri ödəməli olacaq.

Bu, 2025-ci il dekabrın 9-da RTF ilə idmançı arasındakı işə baxan Milli İdman Arbitraj Mərkəzinin (MİAM) qərarından aydın olub.

"Tennisçi MİAM tərəfindən müəyyən edilmiş zərər məbləğlərini, idman hazırlığı müqaviləsində nəzərdə tutulan tennisdən əldə olunan gəlirlərdən kompensasiyanı və RTF-nin digər xərclərini ödəməyə borclu olacaq", - deyə qurumun Mətbuat Xidmətinin bəyanatında deyilib.

Qeyd edək ki, Avanesyan 2024-cü ildə Ermənistan vətəndaşlığını qəbul edib və Rusiya bayrağı altında beynəlxalq tennis turnirlərində çıxışdan imtina edib.

 

(Oxu.az)

Seçilən
55
1
moderator.az

2Mənbələr