AZ

Zelenski: “İstərdik ki, Çin müharibəni dayandırmaq məsələsində Rusiyaya təzyiq göstərsin, çünki buna gücü çatır”

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

“Biz həmişə istəmişik ki, Çin bu müharibəni dayandırmaq məsələsində Rusiyaya təzyiq göstərsin, çünki onun buna gücü çatır. Təəssüf ki, Çin bunu etmədi”.Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin onlayn suallarını cavablandırarkən Rusiya–Ukrayna münaqişəsində Çinin rolu barədə açıqlaması zamanı bildirib.O əlavə edib ki, Çin əksinə, Rusiya enerji resurslarının idxalını artırıb və bu gün ən böyük idxalçıya çevrilib: “Biz isə bilirik ki, bu pullar hara gedir. Rusiya energetika ixracından əldə etdiyi vəsaiti müharibəyə xərcləyir. Təəssüf ki, bu gün Çinin rolu məhz belədir”.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
bizim.media

2Mənbələr