Beyləqan rayonunda 31 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla ailə qurumaqda və intim münasibətdə olmaqda ittiham edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Beyləqan rayon sakini 1994-cü il təvəllüdlü Arif 12 yanvar 2024-cü il tarixdən 2024-cü ilin iyul ayının ortalarınadək qardaşı Elmarın Beyləqan rayonunun kəndində yerləşən evində 15 yaşlı Xanım (adlar şərti verilib – red) ilə münasibətdə olub.
Arifin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Xanımı qohumları vasitəsi ilə 2023-cü ilin may ayında tanıyıb, ailə qurmaq istəyib: “Bu məqsədlə yaşadığı ünvana gedib söhbət etmişəm. Xanım da məni bəyənərək, ailə qurmağa razı olduğunu bildirdi. Ailələrimizlə birlikdə bir-birimizin evinə gedib-gəlməyə başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 10 iyun 2023-cü ildə qohumlarının iştirakı ilə Xanımın yaşadığı Ağcabədi rayonunun kəndində nişan mərasimi keçirilib: “Xanımın 18 yaşı tamam olduqdan sonra nikaha daxil olmağı planlaşdırdıq. 2024-cü il yanvarın 12-də Xanım mənim qardaşımın yaşadığı evə gəldi. O, evdən qaçdığını, geri qayıtmaq istəmədiyini dedi. Mənə qardaşım mobil telefonla məlumat verdi. Mən də evə gedərək Xanımla danışdım. Razılaşdıq ki, Xanım qardaşımın evində qalsın. Mən də öz evimizə getdim.