"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi (PHŞ) 228 fərdi yaşayış evinin təmiri üçün 15 milyon 139 min 495 manat 54 qəpik dəyərində dörd satınalma müqaviləsi bağlayıb.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, müqavilələr bir mənbədən satınalma metodu əsasında bağlanıb.
"Gross Construction" QSC ilə imzalanan müqaviləyə əsasən, Xocavənd rayonunun Xocavənd şəhərində ümumi sahəsi 3 800 kvadratmetr olan 20 fərdi yaşayış evinin təmiri həyata keçiriləcək. Bu işlərə görə şirkətə 1 milyon 321 min 982 manat 6 qəpik ödəniləcək.
"RƏMZİ" MMC xidmətin sifarişi ilə Xocavənd rayonunun Kiş kəndində ümumi sahəsi 9 500 kvadratmetr olan 50 fərdi yaşayış evinin təmirini icra edəcək. Müqavilənin dəyəri 3 milyon 319 min 934 manat 63 qəpik təşkil edir.