AZ

Hələ debüt etməyən Endrik "Olimpik Lion"un rekordçusu oldu

"Real"dan icarə əsasında "Olimpik Lion"a keçən Endrik Fransa klubunun tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, 23 dekabrda lionlular rəsmi sosial media hesabı vasitəsilə Endrikin transferini elan edib.

"The Touchline on X"-un məlumatına görə, braziliyalı hücumçunun transfer videosu azarkeşlər arasında böyük maraq doğurub və klub tarixində ən çox izlənilən sosial media videosu olub. Endrikin keçid videosu 4 günə 1,1 milyondan çox baxış sayı toplayaraq yeni klub rekordu qırıb.

19 yaşlı futbolçunun "Olimpik Lion"da debütünü yanvarın 3-də - "Monako" ilə görüşdə edəcəyi gözlənilir.

Seçilən
37
4
fanat.az

9Mənbələr