AZ

Paytaxtın bu küçəsində hərəkət zolaqları 3-ə çatdırılıb

Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə yeni layihə icra olunub.Bu barədə AYNA məlumat yayıb.

Bildirilir ki, küçədə hərəkət zolaqlarının nişanlanması yekunlaşıb.

Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində darboğaz effekti aradan qaldırılıb, hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.

Seçilən
45
21
anews.az

10Mənbələr