AZ

“Ümid edirəm ki, sonda həm “Neftçi”ni, həm də “Xilasedici”ni qabaqlayacağıq” Cavid Süleymanovun ə AÇIQLAMASI

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın kişilərdən ibarət “Ordu” voleybol klubu qış fasiləsinə turnir cədvəlinin ilk pilləsini “Neftçi” və “Xilasedici” ilə bölüşərək yollanır.

Komandanın 2026-cı il üçün qarşıya qoyduğu hədəfləri öyrənmək üçün İdman.Biz “Ordu”nun baş məşqçisi Cavid Süleymanova müraciət edib.

“Çempionatın ilk günündən məqsədimiz birdir - çempionluq! Bu, bizim əsas hədəfimizdir və heç bir maneəyə baxmayaraq, bu məqsədə doğru irəliləyirik. Yolun hələ yarısından da azı keçilib və ümid edirəm ki, sonda həm “Neftçi”ni, həm də “Xilasedici”ni qabaqlayaraq məqsədimizə çatacağıq. Əlbəttə, avrokuboklarda da çıxış etmək istərdik”, – deyə Cavid Süleymanov bildirib.

Vüqar Vüqarlı

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
1
icma.az

2Mənbələr